İyun 27, 2025-21:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ekspert: “Azərbaycan-Çin əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyə töhfə verir”

2023:11:15 - 13:44
in İQTİSADİYYAT
A A

“Azərbaycan və Çin arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi iki ölkənin fundamental maraqlarına cavab verir, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verir”.

Bunu “Report”a açıqlamasında sinoloq Rafiq Abbasov bildirib.

“İqtisadi layihələrin birgə həyata keçirilməsi regional inkişafa təkan verə bilər”, – o vurğulayıb.

Ekspert qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində qlobal çağırışları nəzərə alan Çin Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün fəal səy göstərir: “Xüsusilə, ikitərəfli əməkdaşlıq çərçivəsində Çin quru qoşunları zabitləri, batalyon komandirləri və motoatıcı bölüklər üçün hazırlıq keçir”.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Syanşan Forumundan danışan alim Pekinin xarici tərəfdaşlara hərbi sahədə çox şey təklif edə biləcəyini vurğulayıb: “Çin istehsalı olan dağlıq ərazilərdə döyüş əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulmuş özüyeriyən artilleriya qurğuları və yüngül tanklar xüsusi maraq doğurur”.

R.Abbasovun sözlərinə görə, Pekin hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsində, hərbi və ikili təyinatlı texnologiyaların təşviqində, Azərbaycanın elmi-konstruktor potensialından istifadə olunmasında da maraqlıdır: “Buna Çin Kosmik Texnologiyalar Akademiyasını, bir sıra bu ölkəyə məxsus şirkətləri və “Azərkosmos” arasında telekommunikasiya peyklərindən istifadə sahəsində inkişaf edən əməkdaşlığı nümunə göstərmək olar”.

Alim həmçinin qeyd edib ki, Azərbaycan və Çin arasında strateji koordinasiya gücləndirilir: “Ölkələr transsərhəd və multimodal daşıma infrastrukturunun daha da təkmilləşdirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının və səmərəliliyinin artırılması istiqamətində fəal işi davam etdirir”.

Sinoloq diqqətə çatdırıb ki, Çin biznesinin bir sıra nümayəndələri artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin genişmiqyaslı bərpası prosesində, o cümlədən “ağıllı kəndlər”, fotovoltaik elektrik stansiyalarının tikintisi, tikinti materiallarının istehsalı, informasiya-kommunikasiya texnologiyaları sahəsində layihələr, eləcə də hava limanları üçün nəzarət-sınaq avadanlıqlarının təchizatında iştirak edirlər.

R.Abbasov ölkələr arasında xarici ticarət dövriyyəsinin artdığını və 2023-cü ilin birinci yarısında artıq 1,62 milyard ABŞ dollarına çatdığını vurğulayıb: “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artım deməkdir”.

Əvvəlki Yazı

Peskov bildirib ki, vətəndaşların Qəzza zolağından təxliyəsi üçün iş davam edir

Növbəti Yazı

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində axtarışda olan 1750 fələstinlini saxlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.