İyul 25, 2026-15:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR “TotalEnergies” ilə “Abşeron” yatağının işlənməsini müzakirə edib

2026:01:08 - 16:18
in İQTİSADİYYAT
A A
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” şirkəti arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu müzakirə SOCAR-ın prezidenti Rövşən Nəcəfin “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb.

Görüşdə iki şirkətin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti müzakirə olunub. O cümlədən tərəflər enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

“Abşeron” yatağı üzrə 2009-cu ildə Fransanın “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair saziş imzalanıb. Sazişə əsasən, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

Əvvəlki Yazı

Sabahın hava proqnozu açıqlanıb

Növbəti Yazı

Avropa Komissiyası Rusiya tankerlərinə qarşı tədbirləri Aİ ölkələrinin səlahiyyətinə buraxıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.