Ermənistanın Baş naziri Nikol Paşinyan yerli televiziyada yayımlanan brifinqdə bütün ermənilərin katolikosu II Qareginin istefa verməyə məcbur ediləcəyini bildirib.
“Siz deyirsiniz ki, Ktriç Nersisyanın (Qareqin II-nin dünyəvi adı ) getmək niyyəti yoxdur. Biz onu fikrini dəyişməyə məcbur edəcəyik. Heç kimin getmək niyyəti yoxdur. Serj Sarkisyanın (keçmiş prezident ) da getmək niyyəti yox idi, amma getməli idi. Eyni şey Ktriç Nersisyana da aiddir: o, getməyə məcbur olacaq”, – deyə Paşinyan katolikosun taxt-tacdan imtina etmək niyyəti ilə bağlı suala cavab verərkən bildirib.
Paşinyan qeyd edib ki, bu proses heç bir təlatüm olmadan, “xristian təvazökarlığı ilə” həyata keçiriləcək. (Tass)
