Ermənistan və Azərbaycan ölkələrin qarşılıqlı alqı-satqıda maraqlı olduqları malların siyahısını müzakirə edirlər. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə bildirib.
Baş nazir Azərbaycan neft məhsullarının Ermənistana idxalı ilə bağlı razılaşmanın necə əldə edildiyi ilə bağlı suala cavab olaraq bildirib: “Ermənistan və Azərbaycan almaq və satmaqda maraqlı olduqları malların siyahılarını mübadilə edirlər. Bu proses davam edir və xəbərlər olduqda bu barədə məlumat əldə edəcəksiniz. Belə müzakirələr aparılır. Bilirəm ki, ilkin siyahılar mübadilə edilib, amma araşdırmalar hələ də davam edir”.
Paşinyan qeyd edib ki, hökumət özəl şirkətləri Azərbaycan neft məhsullarını idxal etməyə məcbur etməyib, sadəcə fürsətin mövcud olduğunu açıqlayıb.
