ABŞ Prezidenti Donald Tramp Amerika administrasiyasının rəhbəri olduğu müddətdə ABŞ-ın milli təhlükəsizlik sahəsində heç bir fəlakətli uğursuzluğa düçar olmadığına əminliyini bildirib.
O, radio aparıcısı Hyu Hevittə ABŞ-ın son üç Demokrat prezidentin dövründə milli təhlükəsizlik sahəsində fəlakətli uğursuzluqlar yaşadığı barədə aparıcının qeydini şərh edərkən deyib: “Mən heç bir fəlakət yaşamamışam”.
Amerika lideri bu vəziyyətin ABŞ prezidenti vəzifəsinin sonuna qədər davam edəcəyinə ümid etdiyini bildirib. (Tass)
