Avqust 1, 2026-0:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ötən il sosial müdafiəyə ehtiyacı olanların kvotası ilə 2 minə yaxın şəxs özəl müəssisələrdə işlə təmin edilib

2026:01:09 - 13:00
in SOSİAL
A A
Ötən il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən şəxslərin üçün kvota mexanizmi vasitəsilə ümumilikdə 1 811 nəfər işlə təmin edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu göstərici daxilində əlilliyi olan şəxslərin payı əhəmiyyətli yer tutur.

Qeyd edək ki, qanunvericiliyə əsasən, kvota tətbiqi sosial müdafiəyə xüsusi ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək üçün nəzərdə tutulmuş mühüm mexanizmdir. Bu kateqoriyaya əlilliyi olan şəxslərlə yanaşı, şəhid ailələrinin üzvləri, 20 yaşadək gənclər, bir və ya daha çox uşağını təkbaşına böyüdən valideynlər, beş və daha çox uşağı olan ailə başçıları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər və məcburi köçkünlərə şamil edilir.

Dövlət (kvota şamil edilməyənlər istisna olmaqla) və özəl müəssisələrdə kvota işçilərin sayına görə müəyyən edilir. 25–50 nəfərlik müəssisələrdə kvota 3% (ən azı 1 yer, o cümlədən əlilliyi olan şəxslər üçün), 50–100 nəfərlik müəssisələrdə 4% (2%-i əlilliyi olan şəxslər üçün), 100-dən çox işçisi olan müəssisələrdə isə 5% (2,5%-i əlilliyi olan şəxslər üçün) təşkil edir.

Əvvəlki Yazı

Təhsildə islahatların 20 ili: strateji baxış və real nəticələr

Növbəti Yazı

Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.