İranın Ali Lideri Ayətullah Əli Xamenei bildirib ki, İran gəncləri istənilən təhdid qarşısında bir olmalıdırlar.
“Əziz gənclər! Hazırlığınızı və birliyinizi qoruyun. Vahid millət istənilən düşməni məğlub edəcək”, – deyə o, Tehranda əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə bildirib. Veriliş İslam Respublikasının dövlət televiziyası tərəfindən yayımlanıb.
