İranın qərbindəki İlam əyalətinin Xoleylan rayonunun polis komandiri silahlı iğtişaşçıların zorakı hərəkətləri nəticəsində öldürülüb. Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Daha əvvəl Tehranda bir neçə hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat yayılmışdı.
29 dekabr 2025-ci ildə İran rialının kəskin şəkildə düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başladılar. 30 dekabrda tələbələr iğtişaşlara qoşuldular. İğtişaşlar əksər böyük şəhərlərə yayıldı. 2 yanvarda küçələrdə naməlum silahlı şəxslərdən ibarət qruplar peyda oldu və etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı toqquşmalar artıb. (Tass)
