Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla ABŞ-dan Venesuelanın qanuni prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin dərhal azad edilməsini tələb etdi və beynəlxalq ictimaiyyəti bu tələbdə ona qoşulmağa çağırıb.
Kuba xarici işlər naziri bəyanatında yazıb: “Venesuelanın qanuni prezidenti Nikolas Maduro Moroş və həyat yoldaşı Siliya Floresin vəhşicəsinə qaçırılmasından səkkiz gün keçib. Biz ABŞ hökumətindən bu qanunsuz həbsə son qoymasını, onun toxunulmazlığına hörmət etməsini, məhkəmə və media farslarına son qoymasını və onların həyatını və rifahını təmin etməsini tələb edirik”.
Rodriges Parrilla həmçinin vurğulayıb ki, Havana dünya dövlətlərini “beynəlxalq hüququn, eləcə də Prezident Maduro və həyat yoldaşının həyatının, ədalətinin və hüquqlarının qorunması naminə” bu tələbi dəstəkləməyə çağırır. (Tass)
