Belarusla sərhəddə vəziyyət həmişəki kimi gərgin olaraq qalır. Bu barədə Respublika Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov bildirib.
BelTA onun sözlərini sitat gətirib: “Bu gün sərhədlərimiz ətrafında vəziyyət həmişəki kimi gərgin olaraq qalır. Bu qonşu dövlətlərin daim hərbi potensialını artırdığı şimal və qərb sərhədlərimizə, eləcə də məlum səbəblərdən Ukrayna ərazisində hərbi əməliyyatların aparıldığı cənub sərhədimizə aiddir” . (Tass)
