İtaliya səfir təyin etməklə Venesuela ilə əlaqələrini gücləndirmək və ölkə ilə diplomatik münasibətlərin səviyyəsini yüksəltmək niyyətindədir. Bu barədə İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani bildirib.
“İtalyanların Venesuela həbsxanalarından azad edilməsindən sonra biz Venesuela ilə münasibətləri gücləndirmək üçün çalışmalıyıq və buna görə də Baş nazir Corcio Meloninin razılığı ilə diplomatik nümayəndəlik səviyyəsini yüksəltmək niyyətindəyik. Hazırda diplomatik missiyanın rəhbəri müvəqqəti işlər vəkilidir; o, səfir təyin olunacaq”, – nazir bildirib.
Tajani həmçinin İtaliyanın enerji şirkəti Eni-nin Venesuelanın neft hasilatı sektorunda iştirakına ümid etdiyini bildirib. Nazirin sözlərinə görə, şirkət nümayəndələri Ağ Evdə neft şirkətləri ilə müvafiq görüşdə iştirak ediblər. (Tass)
