“İmedi” televiziya kanalının verdiyi məlumata görə, çirkli pulların yuyulmasında ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilmiş Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Rustavi həbsxanasına köçürülüb.
Daha əvvəl Gürcüstan Baş Prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan Qaribaşvili ilə razılığa gəldiyini açıqlamışdı. Keçmiş baş nazir günahını etiraf etmiş və Tbilisi Şəhər Məhkəməsi onu beş il həbs cəzasına və 1 milyon lari (370.000 dollar) cərimə cəzasına məhkum etmişdi. Məhkəmə həmçinin onun evində tapılan vəsaitin dövlət xeyrinə müsadirə edilməsi barədə qərar vermişdi.
Qaribaşvilinin məhkəmə binasında saxlanıldığı və daha sonra şəhər həbsxanasına aparıldığı bildirilir. (Tass)
