Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının İnzibati Şurası tərəfindən V.İ.Blinnikov adına “İxtiraçılıq və patent işinə töhfəyə görə” qızıl medal və diplomla təltif olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan və Avrasiya Patent Təşkilatı arasında əməkdaşlığın prioritet istiqamətləri” mövzusunda Bakıda keçirilən dəyirmi masada Avrasiya Patent Təşkilatının icraçı orqanı olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyev qızıl medalı və diplomu Kamran İmanova təqdim edib.