Avropa İttifaqı İran rəhbərliyinin etirazçıların təzyiqi altında tez bir zamanda yıxılacağını gözləmir, lakin yerli vətəndaş cəmiyyətini dəstəkləməklə bu məqsədə doğru işləməyə davam edir. Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bu etirafı Berlinə səfəri zamanı mətbuat konfransında edib.
Kallas Qərb jurnalistlərinin “Tehranın nə qədər tez süqut edəcəyi” ilə bağlı suallarını cavablandırarkən bildirib ki, “Tarixdə rejimlərin süqutuna dair bir çox nümunə var, amma sual bundan sonra nə baş verəcəyindədir. Onun süqut edib-etməyəcəyi hələ məlum deyil”.
“Rejimin devrilməsi üçün ölkə daxilində alternativə ehtiyac var. Buna görə də Aİ vətəndaş cəmiyyətini fəal şəkildə dəstəkləyir”, – deyə o əlavə edib. (Tass)
