Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas Berlinə səfəri zamanı mətbuat konfransında bildirib ki, Avropa və ABŞ arasındakı əlaqələr zəifləyib, lakin Aİ “transatlantik münasibətlərdə 80 il geri çəkilməyə” hazır deyil.
“Amerika Birləşmiş Ştatları Avropanın əvəzolunmaz müttəfiqidir. Münasibətlərimiz bu gün ən yaxşı vəziyyətdə deyil”, – deyə o bildirib.
Kallas Avropanın “transatlantik münasibətlərdə 80 illik geriləmə niyyətində olmadığına” əminliyini ifadə etdi. O, bütün beynəlxalq məsələlərin həllində “ABŞ və AB birlikdə daha güclüdür” deyə hesab edir. Kallas xüsusilə Qrenlandiya məsələsində ABŞ ilə işləməyə çağırıb.
