İyun 19, 2025-18:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Hövsanın yaşayış massivində içməli su şəbəkəsi yaradılır

2023:11:15 - 17:30
in SOSİAL
A A

Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq massivində yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, quşçuluq massivi son illər fərdi yaşayış evlərinin tikilməsi hesabına genişlənib. Ərazinin bir hissəsində içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən xətlər hesabına aparılıb. Digər hissələrdə yaşayan sakinlər isə indiyədək içməli suyu maşınlarla alırdı. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı şəbəkəsinin yaradılmasına qərar verilib.

“Azərsu” daxili imkanları hesabına icra olunan layihə çərçivəsində ərazidə 6 km uzunluğunda yeni şəbəkə yaradılır, 280 abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. Suyun optimal idarə olunması üçün şəbəkə üzərində 15 siyirtmə və yanğın təhlükəsizliyi məqsədilə 3 yanğın hidrantı da quraşdırılacaq. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Hövsan qəsəbəsinin Quşçuluq massivində 1200-dək sakin dayanıqlı içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2023-cü ildə “Azərsu” ASC-nin daxili imkanları hesabına Binəqədi, Novxanı, Badamdar qəsəbələrində, həmçinin regionlarda layihələr icra olunur.

Əvvəlki Yazı

Salyanda sürücülük hüququ olmayan, narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Növbəti Yazı

Birinci xanım: “Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.