Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Boqdanov İranın Moskvadakı səfiri Kazem Cəlali ilə görüşüb, tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə edib, tezliklə atəşkəs əldə olunmasının vacibliyinə diqqət çəkiblər.
“Söhbət zamanı Qəzza zolağında və onun ətrafında yaranmış vəziyyətlə bağlı maraqlı fikir mübadiləsi aparılıb, hərbi əməliyyatların tezliklə dayandırılması və Fələstində misli görünməmiş eskalasiya nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardımın göstərilməsi zərurəti ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir. (Tass)