ABŞ Dövlət Departamenti hesab edir ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları əvəzedicisini tapmalıdır. Bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.
“Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər bu ölkələr (Ermənistan və Azərbaycan) üçün alternativ olarsa, daha Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər”, – diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı dinləmələrdə çıxış edərkən bildirib. “Rusiya sülhməramlılarının 5 illik müddət bitdikdən sonra – bir il yarımdan sonra ölkəni tərk etmələri lazımdır”, – o əlavə edib.
Dövlət katibinin köməkçisinin sözlərinə görə, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır. “Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir – bizimlə və Qərblə işləmək”, – o deyib. (Tass)