Avqust 20, 2026-15:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin idarəçilik təcrübəsi və diplomatik məharəti milli maraqlarımızın etibarlı şəkildə qorunmasını təmin edir- ŞƏRH

2026:01:19 - 18:23
in SİYASƏT
A A

Müasir dövrdə diplomatiya tamamilə yeni sima və məzmun qazanıb. Diplomatları artıq yalnız konfrans salonlarında və siyasi masa arxasında deyil, birbaşa proseslərin mərkəzində görürük. Belə bir şəraitdə diplomatlara və müasir diplomatiya alətlərinə ehtiyac daha da zəruri xarakter alır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, diplomatlar dünyanın problemlərinin həllində birbaşa iştirak edir və bu baxımdan onların roluna daha universal qiymət verilməsi gözlənilir. Lakin etiraf etmək lazımdır ki, informasiya bolluğu və bəzən də saxta informasiya mühitində bəzi siyasi xadimlərin və diplomatların mediada həddindən artıq və lüzumsuz şəkildə şişirdildiyinin şahidi oluruq. Bu isə siyasi proseslərə mənfi təsir göstərir.

“Bu gün dünya ölkələrinin əksəriyyəti qətiyyətli lider çatışmazlığı reallığı ilə üz-üzədir. Yeni formalaşan dünya nizamına istiqamət verməyi bacaran, beynəlxalq inkişafa töhfə verən diplomatların sayı azdır. Dünya məhz belə liderlər və diplomatlar sayəsində tarazlıqda qalır. Çünki bir çoxları qlobal prosesləri dərindən dərk etmədən faydasız və lüzumsuz məsələlərlə məşğul olurlar. Halbuki, diplomatlar yalnız ənənəvi problemlərin deyil, eyni zamanda, müasir dünyanın yeni çağırışlarının da öhdəsindən gəlməyi bacarmalıdırlar. Ətraf mühit, iqlim dəyişikliyi və enerji diplomatiyası artıq yeni dövrün əsas çağırışlarıdır.

Bu reallıqlar fonunda diplomatlara və onların fəaliyyətinə səthi deyil, dərin və kompleks yanaşma tələb olunur. Onlar siyasi nizamın “ağır artilleriyası”dır. Paradoksal görünsə də, dünya nizamı bu gün daha çox təcrübəli və çevik diplomatlara ehtiyac duyur. Yeni diplomatiya formalarının hər birinə cavab verə bilən siyasətçilər və diplomatlar isə olduqca azdır. Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev kamil diplomat peşəsinin bütün incəliklərinə dərindən bələddir. Qürurverici məqamdır ki, Azərbaycan ərazi və əhali baxımından böyük dövlət olmasa da, dünya siyasətində müşahidəçi deyil, birbaşa iştirakçı kimi çıxış edir və proseslərə yön verməyi bacarır. Prezident İlham Əliyevin siyasi savadı və şəxsi keyfiyyətləri müasir dünyanın xaotik mənzərəsi fonunda xüsusilə fərqlənir. Dövlətimizin başçısının səriştəsi və liderlik keyfiyyətləri dünya liderləri tərəfindən də yüksək qiymətləndirilir”, – deyə A.Badamov vurğulayıb.

Deputat qeyd edib ki, dünya bu gün ciddi çağırışlarla üz-üzədir. Müxtəlif regionlarda maraqların toqquşması ilə yanaşı, maraqların uzlaşdırılması prosesləri də müşahidə olunur. Texnologiyanın inkişafı ictimai rəyin formalaşmasında həlledici rol oynayır. Bu səbəbdən xarici siyasətdə beynəlxalq əlaqələri aktiv saxlamaqla yanaşı, xalqla da sıx və davamlı ünsiyyət qurmaq hər siyasətçinin bacardığı iş deyil. Azərbaycan Prezidenti bu məsuliyyətin öhdəsindən uğurla gəlir. Bir tərəfdən beynəlxalq təşkilatlarla qurulan səmərəli əməkdaşlıq, digər tərəfdən ayrı-ayrı dövlətlərlə dərinləşdirilən münasibətlər göstərir ki, Azərbaycan diplomatiyası gözləmə mövqeyində deyil. Dövlətimizin başçısının formalaşdırdığı uzaqgörən və çoxşaxəli siyasət qlobal prosesləri qabaqlayır, riskləri əvvəlcədən müəyyənləşdirərək proaktiv yanaşma ortaya qoyur.

A.Badamov deyib ki, dünyada güc balanslarının dəyişdiyi, qlobal və regional təsir dairələrinin yenidən bölüşdürüldüyü açıq-aydın görünür. “Bu mürəkkəb şəraitdə Azərbaycan öz mövqeyini aydın, qətiyyətli və tərəddüdsüz şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin uğurlu idarəçilik təcrübəsi və diplomatik məharəti Azərbaycanın milli maraqlarının etibarlı şəkildə qorunmasını təmin edir. Azərbaycan diplomatiyası dağıdıcı deyil, qurucu məqsədlərə xidmət edir və beynəlxalq aktorlarla praqmatik dialoq əsasında inkişaf edir. Azərbaycan istər regional, istərsə də qlobal aktorlarla münasibətlərini balanslı və məsuliyyətli şəkildə qurur. Prezident İlham Əliyev mürəkkəb geosiyasi kombinasiyalar fonunda sülhü və sabitliyi regiona gətirməyi bacarır. Ziddiyyətli məqamları əvvəlcədən müəyyən edərək təhlükəli riskləri təkcə Azərbaycandan deyil, bütövlükdə regiondan uzaqlaşdırır.

Qarabağ və Şərqi Zəngəzurun bərpası, regiona investorların cəlb edilməsi, enerji diplomatiyasının genişlənməsi və sülhə mane olan qüvvələrlə mübarizə bu siyasətin real nəticələridir. Bununla yanaşı, daxili sabitliyi pozmağa çalışan məkrli qüvvələrin mövcudluğuna baxmayaraq, dövlətimizin başçısı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən uğurla gəlir. Keşməkeşli tarixi yol keçmiş Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi bu uzaqgörən və qətiyyətli siyasəti yüksək dəyərləndirir”, – deyə deputat əlavə edib.

Əvvəlki Yazı

Azərbaycanın yenidən müstəqilliyə qovuşması yolunda həlledici mərhələnin başlanğıcı ŞƏRH

Növbəti Yazı

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.