Avqust 19, 2026-20:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

20 Yanvar: milli qürur tariximiz – dəyirmi masa

2026:01:19 - 16:02
in SOSİAL
A A

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar: milli qürur tariximiz” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev 20 Yanvar faciəsinin Azərbaycan tarixində yerinə toxunub. O, bu faciənin yalnız qanlı bir hadisə deyil, eyni zamanda, xalqımızın milli azadlıq iradəsinin, müstəqillik əzminin parlaq təzahürü olduğunu vurğulayıb. İlqar Niftəliyev bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının sovet imperiyasına qarşı apardığı azadlıq mübarizəsində dönüş nöqtəsi olub, milli oyanışın güclənməsinə gətirib çıxarıb.

Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İkram Ağasiyev “20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi” mövzusunda çıxışında faciənin tarixi-siyasi səbəblərini, nəticələrini və milli yaddaşda tutduğu yeri ətraflı təhlil edib.

Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Vaqif Abışov “20 Yanvar: reallıqlar və uydurmalar” mövzusunda məruzəsində hadisələrlə bağlı dolaşan yanlış təsəvvürlərə elmi arqumentlərlə aydınlıq gətirib.

Azərbaycanın sovet dövrü tarixi şöbəsinin elmi işçisi Aybəniz Osmanova “20 Yanvarın alim şəhidləri” mövzusunda çıxış edərək faciə zamanı şəhid olmuş elm xadimlərinin xatirəsini yad edərək onların Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.

Həmin şöbənin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Raisə Cəfərova “Azadlıq hərəkatının 20 Yanvar zirvəsi” adlı çıxışında 20 Yanvar hadisələrinin ümummilli azadlıq hərəkatının kulminasiya nöqtəsi olduğunu deyib.

Tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənov isə “Poeziyamızda 20 Yanvar şəhidləri” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsinin bədii əksini, şəhidlik mövzusunun poeziyada ifadə forma və üsullarını diqqətə çatdırıb.

Dəyirmi masa zamanı iştirakçılar 20 Yanvar faciəsinin elmi cəhətdən dərindən öyrənilməsinin, tarixi həqiqətlərin gənc nəsillərə düzgün çatdırılmasının və milli yaddaşın qorunmasının vacibliyini vurğulayıblar.

Əvvəlki Yazı

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

Növbəti Yazı

Xaricdəki soydaşlarımızın ana dili təhsili üçün vahid mərkəz yaradılmalıdır – Pərvin Eyvazov

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.