Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nin (SDF) Dəməşqlə atəşkəs şərtlərini tez bir zamanda yerinə yetirməli və Suriya Silahlı Qüvvələrinə inteqrasiya etməli olduğunu bildirib.
“Ötən həftə ərazilərin işğaldan azad edilməsi üçün başlayan hərbi əməliyyat atəşkəs və tam inteqrasiya barədə razılaşma ilə başa çatdı. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Suriya ordusu bu mürəkkəb əməliyyatı hər mərhələdə çox diqqətlə həyata keçirib, mülki itkilərin qarşısını almaq üçün cərrah dəqiqliyi ilə hərəkət edib. Bölgəmizdə terrorizm dövrü tamamilə başa çatıb. SDF atəşkəs və tam inteqrasiya müqaviləsinin tələblərini tez bir zamanda yerinə yetirməlidir. Heç kim bir daha səhv etməməlidir”, – deyə prezident Ankarada keçirilən hökumət iclasından sonra bildirib. (Tass)
