Avqust 17, 2026-6:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Əməyin təhlükəsizliyinə dair Konvensiyanın təsdiqi barədə qanun layihəsi müzakirə olunur

2026:01:21 - 14:48
in SİYASƏT
A A

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Konvensiya 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilib. Sənəd Preambula və 14 maddədən ibarətdir.

Bu Konvensiyanı ratifikasiya edən hər bir üzv istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin və bununla bağlı ölüm hallarının qarşısının alınması üçün işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında milli siyasət, milli sistem və milli proqramları hazırlamaqla əməyin təhlükəsizliyi və gigiyenasının davamlı olaraq təkmilləşdirilməsini təşviq edir və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sənədlərində müəyyən edilmiş prinsipləri nəzərə almaqla əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem və milli proqramlar vasitəsilə fəal tədbirlər görür.

Konvensiyanın ratifikasiyası haqqında rəsmi sənədlər qeydə alınmaq üçün Beynəlxalq Əmək Bürosunun Baş direktoruna göndərilir və qeydə alındığı tarixdən on iki ay sonra qüvvəyə minir.

Bu Konvensiyanı ratifikasiya edən üzv onun ilk qüvvəyə mindiyi tarixdən on il keçdikdən sonra Beynəlxalq Əmək Bürosunun Baş direktoruna qeydiyyat üçün göndərilmiş aktla onu denonsasiya edə bilər. Belə denonsasiya qeydə alındığı tarixdən bir il sonra qüvvəyə minir.

Əvvəlki Yazı

FHN rəsmisi: Dərnəgüldə iki tikinti materialları mağazası və anbarı yanıb

Növbəti Yazı

Bakıda dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair müzakirə keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.