ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Ukrayna böhranının həllində iştirak etməməlidir; bu, Avropanın işidir. O, bu mövqeyi Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Tramp Ukrayna böhranının həlli imkanlarını müzakirə edərkən bildirib ki, “Onlar bizim etdiklərimizi qiymətləndirmirlər. Mən NATO-dan, Avropadan danışıram. Onlar Ukrayna ilə məşğul olmalıdırlar, biz isə etməməliyik. Amerika Birləşmiş Ştatları çox uzaqdadır, bizi böyük, gözəl bir okean ayırır və bizim bununla heç bir əlaqəmiz yoxdur”. (Tass)
