Vaşinqton genişmiqyaslı “Qızıl günbəz” raketdən müdafiə sisteminin yerləşdirilməsi üçün Qrenlandiyanın Danimarkadan təhvil verilməsini təmin etmək niyyətindədir. Bu barədə ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Tramp deyib: “Milli və beynəlxalq təhlükəsizlik üçün və çox enerjili və təhlükəli potensial düşmənlərimizi qorxutmaq üçün Danimarkadan bizə lazım olan tək şey, indiyə qədər tikilmiş ən böyük Qızıl Günbəzi tikəcəyimiz torpaqdır. Biz təbiətinə görə Kanadanı qoruyacaq bir Qızıl Günbəz tikirik”.
Prezident vurğulayıb ki, Şimali Amerika qitəsinin təhlükəsizliyini təmin etmək üçün yeni raketdən müdafiə sisteminin yaradılması zəruridir. Onun sözlərinə görə, adada müdafiə elementlərinin yerləşdirilməsi xarici təhdidlərin qarşısını effektiv şəkildə alacaq və ABŞ müttəfiqlərini qoruyacaq. (Tass)
