Fələstinin Qəzza zolağında HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağındakı Əl-Şifa xəstəxanasındakı hərəkətlərindən sonra İsraillə danışıqlardan imtina edib. Bu barədə Yediot Ahronot qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, çərşənbə günü Sinvar qəflətən Qətərdən olan vasitəçilərlə danışıqları dayandırıb və İsrail hərbçilərinin Əl-Şifada olduğu müddətdə danışıqları davam etdirməyəcəyini bildirib. Həmas hələlik bu məlumatı şərh etməyib.
Nəşr həmçinin qeyd edib ki, girovların azad edilməsi ilə bağlı mövcud saziş layihəsinə əsasən, yaraqlılar onları bir neçə gün ərzində ayrı-ayrı partiyalarla azad edə biləcəklər. Qəzet qeyd edir ki, bu, Sinvara bir gün bəzi israilliləri azad etmək, digər gün isə onlardan heç birini buraxmamaq imkanı verəcək, eyni zamanda atəşkəsi qoruyub saxlayacaq.