İsrail Müdafiə Qüvvələri HƏMAS-ın “terror məqsədləri üçün” istifadə etdiyi Qəzza zolağı limanına əməliyyat nəzarətini ələ keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Birgə əməliyyat zamanı 188-ci Zirehli Briqada və 13-cü Donanmanın əsgərləri HƏMAS terror təşkilatının nəzarətində olan Qəzza zolağı limanına operativ nəzarəti ələ keçirib. Liman HƏMAS tərəfindən terror məqsədləri üçün istifadə edilib”, – məlumatda deyilir. (Tass)