Ərəb və beynəlxalq ictimaiyyət İsrailin Qəzza zolağında davam edən təcavüzünə noyabrın 17, 18 və 19-da kütləvi etiraz aksiyaları ilə cavab verməlidir. Bu barədə radikal HƏMAS hərəkatının Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“Biz bütün azadlıqsevər vətəndaşlara, vicdanı təmiz insanlara müraciət edərək, fələstinlilərə dəstək məqsədilə cümə, şənbə və bazar günləri “Qəzzanın xəstəxanalarını xilas edin… Uşaqları xilas edin” şüarı altında mitinq və nümayişlər keçirməyə çağırırıq”- sənəddə deyilir.
Orada qeyd edilir ki, “davam edən müharibə, qırğınlar, xəstəxanaların dağıdılması və günahsız uşaqların ölümü fonunda bütün dünyada Fələstin xalqının qanuni hüquqlarını dəstəkləmək üçün xalq həmrəyliyi hərəkatı artmalıdır”. (Tass)