İyun 17, 2025-20:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

DGK: “Laçında sərhəd- buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb” DGK: Laçında sərhəd- buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıbŞahin Bağırov Laçın rayonu ərazisində dövlət sərhədində buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb. “Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib. “Ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidənqurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə tərəfimizdən müvafiq işlər aparılır”, – Ş. Bağırov bildirib. Onun sözlərinə görə, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır. “Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır”, – DGK sədri əlavə edib. O vurğulayıb ki, regionumuzda inkişaf etdirilməsi vacib olan mövcud və yeni nəqliyyat dəhlizlərinin təşviqi və icrası istiqamətində Dövlət Gömrük Komitəsi həm aidiyyəti dövlət orqanları, həm də dəhliz üzərində yerləşən ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir: “Biz bu əməkdaşlığın təkcə ölkəmiz üçün deyil, bütün region dövlətlərinin gələcək inkişafı və regional inteqrasiyanın gücləndirilməsi baxımından da vacib olduğunu hesab edirik”.

2023:11:16 - 14:14
in SİYASƏT
A A

Laçın rayonu ərazisində dövlət sərhədində buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

“Ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidənqurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə tərəfimizdən müvafiq işlər aparılır”, – Ş. Bağırov bildirib.

Onun sözlərinə görə, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır.

“Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır”, – DGK sədri əlavə edib.

O vurğulayıb ki, regionumuzda inkişaf etdirilməsi vacib olan mövcud və yeni nəqliyyat dəhlizlərinin təşviqi və icrası istiqamətində Dövlət Gömrük Komitəsi həm aidiyyəti dövlət orqanları, həm də dəhliz üzərində yerləşən ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir: “Biz bu əməkdaşlığın təkcə ölkəmiz üçün deyil, bütün region dövlətlərinin gələcək inkişafı və regional inteqrasiyanın gücləndirilməsi baxımından da vacib olduğunu hesab edirik”.

Əvvəlki Yazı

İsrail ordusu Livandakı Hizbullah hədəflərinə yeni zərbələr endirib

Növbəti Yazı

Qəzza Əl-Şifa xəstəxanasından xəstələri Misirə aparmağa çağırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.