İyun 7, 2026-12:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Gəncədə “İkinci həyat” bədii layihəsi təqdim olunub

2026:01:26 - 14:50
in GÜNDƏM
A A

Gəncə şəhərindəki “Ganja Mall” ticarət mərkəzində “İkinci həyat” adlı bədii layihə çərçivəsində yaradıcılıq seminarı və sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı və Gəncə şəhərlərindən olan rəssamlar iştirak edərək ənənəvi Azərbaycan xalçaları üzərində bədii əsərlər yaradıblar. Seminar canlı şou formatında baş tutub. Ziyarətçilər yalnız yaradıcılıq prosesini izləməklə kifayətlənməyib, eyni zamanda rəssamlarla birbaşa ünsiyyətdə olaraq prosesə fəal şəkildə cəlb olunublar.

Layihə “Arts Council Azerbaijan”, “Black Mountains College”in birgə təşkilatçılığı ilə və “British Council”, “Səyahət” İctimai Birliyi, “Ganja Mall” və Dünya Məktəbinin dəstəyi ilə təşkil olunub. “İkinci həyat” layihəsinin əsas məqsədi beynəlxalq mədəni əməkdaşlığın inkişafı, eləcə də müasir incəsənət ilə ənənəvi sənət formaları arasında dialoqun qurulmasıdır. Layihənin müəllifləri Sona Quliyeva və Dadaş Məmmədovdur.

Layihə çərçivəsində köhnəlmiş, ilkin görünüşünü itirmiş və bərpası mümkün olmayan Azərbaycan xalçaları ənənəvi və müasir yanaşmaların vəhdəti ilə yenidən sənət əsərinə çevrilir. Bu yanaşma mədəni irsin müasir dövrdə yeni məna və ifadə forması qazana biləcəyini göstərir.

Mədəniyyət xadimi Dadaş Məmmədov regionlarda fəaliyyət göstərən qadın rəssamların müasir incəsənətin inkişafında fəal iştirakı və mühüm rolunu xüsusi olaraq vurğulayıb.

Açıq formatda təşkil olunan tədbir yaradıcılıq prosesini ictimai məkanda canlı mədəni hadisəyə çevirərək rəssamlar və tamaşaçılar arasında birbaşa və səmimi əlaqə yaradıb.

Əvvəlki Yazı

Gəzməyi sevməyən bürclər – ARAŞDIRMA

Növbəti Yazı

Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.