Çinin müdafiə naziri Donq Cunun sözlərinə görə, Çin Silahlı Qüvvələri Rusiya ilə strateji koordinasiyanı gücləndirməyə və əməkdaşlığı intensivləşdirməyə hazırdır.
Çin Müdafiə Nazirliyinin veb saytında Donq Cunun çərşənbə axşamı Rusiya müdafiə naziri Andrey Belousovla videokonfrans keçirdikdən sonra dediyi sözlərə istinadən bildirilir ki, “Çin iki dövlət başçısı arasında əldə edilən vacib razılaşmaları vicdanla həyata keçirmək, strateji koordinasiyanı gücləndirmək, əməkdaşlığımızı daha məzmunlu etmək, mübadilə mexanizmlərini təkmilləşdirmək, müxtəlif risk və çağırışlara qarşı mübarizə aparmaq qabiliyyətimizi birgə gücləndirmək və birgə səylər vasitəsilə qlobal təhlükəsizliyə və sabitliyə müsbət təkan vermək üçün Rusiya ilə işləməyə hazırdır”. (Tass)
