Avropa İttifaqı və Hindistan tarixlərindəki ən böyük ticarət sazişi üzrə razılığa gəliblər. Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin çıxışında bu sazişi “bütün sövdələşmələrin anası” adlandırıb.
“Avropa və Hindistan bu gün tarix yaradır. Biz bütün sövdələşmələrin anasını bağladıq”, – deyə AK rəhbəri bildirib. “Biz hər iki tərəfə fayda verən 2 milyard insan üçün azad ticarət zonası yaratdıq. Və bu, yalnız başlanğıcdır. Biz strateji münasibətlərimizi daha da gücləndirmək üçün inkişaf etdirəcəyik.”
