Bu barədə “Report”a AQTA-dan məlumat verilib.
Bildirilib ki, vətəndaş qəbulu agentliyin Dağlıq Şirvan regional bölməsinin inzibati binasında (Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi 20) baş tutacaq.
AQTA sədri Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 26-dək qəbula yazıla bilərlər.
