Aprel 19, 2026-22:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Abşeron ətrafında dəmir yolu nəqliyyatının imkanları genişləndiriləcək

2026:01:28 - 13:57
in SOSİAL
A A

Abşeron dairəvi marşrutu üzrə üç dəmiryol xəttində 18 dayanacaq və stansiya tikiləcək və ya bərpa olunacaq.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Abşeron dairəvi marşrutu çərçivəsində vaxtilə mövcud olmuş və hazırda əsasən yük qatarlarının istifadə etdiyi Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan dəmiryol xətlərində aralıq dayanacaqların yaradılması nəzərdə tutulur.

O bildirib ki, həmin istiqamətlər üzrə optimallaşdırma işləri artıq aparılıb və mövcud infrastrukturun yenilənməsi, həmçinin yeni stansiya və dayanacaqların inşası planlaşdırılır:”Belə ki, Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla ümumilikdə 7 dayanacaq və stansiyanın tikintisi və ya bərpası həyata keçiriləcək. Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7 dayanacaq və stansiyanın inşası və ya yenidən qurulması nəzərdə tutulur. Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiya tikiləcək və ya bərpa ediləcək”.

ADY-nin sədr müavini bildirib ki, bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək: “Məqsəd bu xətləri sərnişindaşıma üçün əlçatan etmək və Abşeron ətrafında dəmir yolu nəqliyyatının imkanlarını genişləndirməkdir”.

Əvvəlki Yazı

Azərbaycanlı deputat Qlobal Koalisiyaya həmsədr seçilib

Növbəti Yazı

Sinxua: Böyük Britaniyanın Baş naziri Çinə səfər edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.