Lüksemburqun xarici işlər naziri Ksavye Bettel Vladimir Zelenskiyə Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı ultimatumlar verməkdən çəkinməyi tövsiyə edib.
O, jurnalistlərin suallarını cavablandırarkən Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən Bettel bildirib ki, “Zelenskinin Ukraynanın gələn il AB-yə qoşulmalı olduğunu bildirməsindən” xəbərdardır. “Təəssüf ki, mən ona bir neçə dəfə dedim – ultimatumlara ehtiyac yoxdur. Bu, sizin maraqlarınıza uyğun deyil. Aİ-yə qoşulmaq üçün qaydalar var, yerinə yetirilməli olan ümumi meyarlar var. Sanki bunlar bəzilərinə şamil olunur, bəzilərinə isə şamil edilmir”.
Bettel həmçinin Kiyevi Qərbin yardımına dəyər verməyə çağıraraq qeyd edib ki, “Avropa və ABŞ olmadan Ukrayna uduzacaq”. (Tass)
