Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın respublikadakı səfiri Sergey Kopırkini qəbul edib. Görüşdə ölkənin qanunverici orqanı rəhbərinin Rusiyaya səfəri müzakirə olunub.
Ermənistan parlamentinin mətbuat xidmətinin açıqlamasında deyilir: “Tərəflər həmçinin Ermənistan Respublikası Milli Assambleyası (parlament ) sədrinin Rusiya Federasiyasına qarşıdan gələn rəsmi səfəri ilə bağlı gündəlikdəki məsələləri də müzakirə ediblər”.
Qeyd olunur ki, ikitərəfli münasibətlər, eləcə də parlamentlərarası əlaqələr məsələlərinə də toxunulub.
