Zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınması məsələsi uzun müddətdir gündəmdədir və Moskva bütün maraqlı tərəflərlə əlaqələrini davam etdirir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva İran ətrafında gərginliyin azaldılmasına kömək etməyə davam etməyə hazırdır.
“Bu mövzu çoxdan gündəmdə olub. Rusiya uzun müddətdir ki, bu xidmətləri bir sıra ölkələr üçün müəyyən qıcıqlandırıcı amilləri aradan qaldıracaq mümkün həll yolu kimi təklif edir. Hazırda Rusiya səylərini davam etdirir, bütün maraqlı tərəflərlə əlaqələr saxlayır və mümkün qədər İran ətrafında gərginliyin azaldılmasına töhfə verməyə hazırdır”, – deyə Peskov İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınması ehtimalının ABŞ və İranla müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən bildirib. (Tass)
