ABŞ İsrailin Qəzza zolağındakı xəstəxanalara aviazərbələr endirməsinə qarşıdır və İordaniya xəstəxanasına endirdiyi zərbələrdən narahatdır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.
“Bu xəbərlərdən narahat olduğumuzu deyəcəm. Bundan narahatıq və xəstəxanalara hava hücumlarını görmək istəmirik. Biz xəstəxanaların qorunmasını istəyirik”, – Miller deyib.
Dövlət Departamentinin sözçüsü, “Qəzzada səhra xəstəxanasına edilən hücumda yaralanan iordaniyalı tibb işçiləri ilə əlaqədar olaraq, onların yaralanmasından dərin narahatlığını ifadə edib”.