Vladimir Zelenski Rusiya tanker donanmasına xidmət göstərən və “sanksiyalı” neft daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edən fərman imzalayıb.
“Biz sanksiyaları Avropa İttifaqı ilə sinxronlaşdırmağa davam edirik. Mən Rusiya tanker donanmasına xidmət göstərən və sanksiya altında olan nefti daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edən fərman imzaladım”, – deyə o, Telegram-da yazıb.
Avropa Komissiyasının sözçüsü Anita Hipperin sözlərinə görə, Aİ artıq Rusiya neftini xarici bayraqlar altında daşımaqda şübhəli bilinən 597 tankeri qara siyahıya salıb. Qərbdə bunlar “kölgə donanması” adlanır.
Zelenski həmçinin Rusiya televiziya jurnalistləri Dmitri Quberniyev, Yekaterina Andreeva, Pavel Zarubin və Mariya Sittelə, eləcə də rəssamlar Roman Çumakov (təxəllüsü Roma Jiqan) və Sergey Poluninə qarşı sanksiyaları Aİ ilə sinxronlaşdırıb.
Avropa Komissiyası hazırda Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlayır. (Tass)
