Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın işlərinə xarici müdaxiləni səhv hesab etdiyini, çünki bu, bütün region üçün risk yarada biləcəyini bildirib.
“Biz tamamilə əminik ki, [İranın işlərinə] xarici müdaxilə bütün region üçün əhəmiyyətli risklər yaradır. Nüvə dosyesi də daxil olmaqla, İranla bağlı məsələlərin diplomatik həlli ən ağlabatan yanaşmadır”, – deyə o, Misir lideri Əbdülfəttah əs-Sisi ilə keçirdiyi mətbuat konfransında bildirib.
