Tehran ilkin məsləhətləşmə formatına qayıtmağa razı olarsa, ABŞ bu həftənin əvvəlində İranla danışıqlar aparmağa hazırdır. Bu barədə Axios Amerika mənbəsinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı bu cümə günü keçirilməsi planlaşdırılan danışıqlar format barədə razılığa gəlinmədiyi üçün ləğv edilib. İlkin razılaşmaya əsasən, məsləhətləşmələr Yaxın Şərq ölkələrinin müşahidəçi qismində iştirakı ilə İstanbulda keçiriləcək. Lakin sonradan danışıqların Omana köçürüləcəyi, ikitərəfli olacağı və nüvə proqramına diqqət yetiriləcəyi bildirilib.
Çərşənbə günü ABŞ İranın danışıqlar formatını dəyişdirmək təklifini rədd etmək qərarına gəldi. “Biz onlara dedik ki, bu, ya bu, ya da heç nə, onlar isə dedilər ki, “Yaxşı, onda heç nə””. Mənbə həmçinin qeyd edib ki, əgər İran orijinal formata qayıtmağa razı olarsa, ABŞ bu həftə və ya gələn həftə məsləhətləşmələr aparmağa hazırdır. (Tass)
