İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, əvvəllər elan edildiyi kimi, ABŞ ilə danışıqların cümə günü Omanda keçirilməsi planlaşdırılır.
Əraqçi X-də yazıb: “ABŞ ilə nüvə proqramı ilə bağlı danışıqlar cümə günü, təxminən saat 10:00-da Maskatda [Omanın paytaxtı] planlaşdırılıb. Bütün lazımi tədbirləri gördüyünə görə Oman qardaşlarımıza minnətdaram”.
