ABŞ vitse-prezidenti J.D. Vens bildirib ki, Donald Tramp administrasiyası Ukraynadakı vəziyyətlə bağlı fundamental fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə ortaq məxrəc axtarmağa hazırdır. O, bunu amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.
“Biz [Ukrayna münaqişəsinə – TASS qeydi] son qoymaq üçün çalışacağıq, amma əməkdaşlıq üçün bəzi sahələr ola bilər. Onun [Trampın] mövqeyi belədir: Rusiya ilə bir çox məsələdə fikir ayrılığımız ola bilər, amma bəzi məsələlərdə razıyıq və mən həqiqətən düşünürəm ki, bu, fundamental yenidən istiqamətləndirmədir”, – Vens deyib.
O, Trampın xarici siyasətinin ölkələrin sadəcə dost və düşmənlərə bölünməsinə deyil, praqmatik maraqlara əsaslandığını vurğuladı. Vitse-prezidentin sözlərinə görə, Ağ Evin yeni yanaşması hətta rəqiblərlə də onların maraqlarının üst-üstə düşdüyü məsələlərdə qarşılıqlı əlaqəyə imkan verir. Vens qeyd etdi ki, bu, hazırkı kursu Ukraynadakı münaqişə səbəbindən Rusiya ilə hər hansı dialoqu rədd edən əvvəlki administrasiyaların siyasətindən fərqləndirir.
