ABŞ Nümayəndələr Palatası Nensi Meys (Cənubi Karolina ştatından Respublikaçı) Microsoft şirkətinin təsisçisi Bill Qeytsi Konqresdə məhkum pedofil Ceffri Epşteynlə münasibətləri barədə ifadə verməyə çağırıb.
“Biz Bill Qeytsi Ceffri Epşteynlə münasibətləri barədə Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinə and içərək ifadə verməyə çağırırıq”, – deyə o, X-də yazıb. “Əgər bu iddialar yalandırsa, Bill Qeytsin Konqresə and içərək ifadə verməkdə heç bir problemi olmamalıdır. Heç kim qanundan üstün deyil. Milyarderlər də deyil. Güclülər də deyil. Heç kim”, – deyə konqresmen əlavə edib.
O, həmçinin komitə sədri Ceyms Komerə yazdığı məktubu dərc edərək, ondan Qeytsi and içərək ifadə verməsi üçün çağırış vərəqəsi almasını tələb edib. (Tass)
