Amerika Birləşmiş Ştatları dünyada nüvə silahlarının sayını azaltmaq üçün Rusiya, Çin və digər ölkələrlə əməkdaşlıq edəcək. Bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.
Vens deyib: “Dünyadakı nüvə silahlarının sayını azaltmaq üçün Çin, Rusiya və digər bütün ölkələrlə işləyəcəyik, istər dost, istərsə də rəqib olsunlar”, – deyə o bildirib.
Daha əvvəl, xoşməramlı bir jest olaraq, Rusiya Prezidenti Vladimir Putin Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilə (START) çərçivəsində əsas kəmiyyət məhdudiyyətlərinin müddəti bitdikdən sonra daha bir il uzadılmasını təklif etmişdi. 4 fevralda prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva hələ də Vaşinqtondan müqavilənin məhdudiyyətlərini uzatmaq təklifinə cavab almayıb. (Tass)
