İyun 28, 2026-7:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin məhkəməsi qisas deyil, ədalətin bərpasıdır

2026:02:05 - 11:13
in SİYASƏT
A A
Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham edilən erməniəsilli şəxslərin məhkəmə prosesinin ölkə qanunvericiliyi çərçivəsində, hüquqi prosedurlara uyğun aparılması məsələnin qisas deyil, ədalətin bərpası olduğunun göstəricisidir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, məhkəmə prosesi faktiki olaraq Ermənistanın uzun illər işğalçılıq siyasətini gizlətmək üçün qondarma bir rejim formalaşdırdığını və həmin struktur vasitəsilə Qarabağda özünün hərbi-siyasi maraqlarını həyata keçirdiyini ortaya qoyur:

“Qondarma rejimin “rəhbərləri” müstəqil subyekt deyil, bilavasitə Ermənistanın siyasətinin icraçıları olublar. Bu faktların məhkəmə müstəvisində ortaya qoyulması Azərbaycanın mövqeyini hüquqi sübutlarla möhkəmləndirir. Həmçinin, insanlıq əleyhinə və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərir. Bu, dövlətimizin gücünü təkcə hərbi sahədə deyil, hüquq müstəvisində də nümayiş etdirir. Azərbaycan göstərir ki, münaqişədən sonrakı mərhələdə hüquqi məsuliyyət mexanizmləri işə salınır və cəzasızlıq anlayışı qəbul edilmir”.

V.Qafarov əlavə edib ki, dövlət maraqları baxımından ən vacib nəticələrdən biri də gələcək üçün presedent yaradılmasıdır:

“Bu proses daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə mesaj verir: Azərbaycan özünün suverenliyinə qarşı törədilən cinayətləri unutmur və onları hüquqi yolla qiymətləndirir. Bu isə ədalət, uzunmüddətli sabitlik və regionda davamlı sülh üçün mühüm şərtdir. Nəticə olaraq demək olar ki, məhkəmə prosesi Azərbaycanın ədalətə söykənən dövlət kimi mövqeyini gücləndirir, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir və bu dövlətimizin strateji maraqlarına xidmət edən vacib siyasi-hüquqi addım kimi dəyərləndirilə bilər”.

Əvvəlki Yazı

“Cyber Polygon” platformasının funksional və texniki imkanları təqdim olunub

Növbəti Yazı

Yalçın Rəfiyev: Afrika qitəsi Qoşulmama Hərəkatının bir hissəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.