Ermənistan tərəfi gələn həftə Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsinin tikintisini başa çatdıracaq. Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan brifinqdə məlumat verib.
“Bu keçid məntəqəsi demək olar ki, hazırdır. Ola bilsin ki, gələn həftə hazır olsun”, – deyə o, işlərin demək olar ki, yekunlaşdığını vurğulayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyə arasında bağlanan sərhədin yaxın gələcəkdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılacağına ümid etdiyini bildirib. (Tass)