Fransa prezidenti Emmanuel Makron İtaliyada keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirak etməyəcək. Bu barədə “Ouest-France” qəzeti Yelisey Sarayına istinadən məlumat yayıb.
Fransa liderinin ofisi vurğulayıb ki, onun iştirak etməməsi İtaliya mətbuatının xəbər verdiyi kimi, ABŞ vitse-prezidenti J.D. Vensin yanında tribunada oturmalı olduğu üçün deyil, sıx qrafiki ilə bağlıdır. Yelisey Sarayı bu şayiələrə cavab olaraq bildirib: “Bu, tamamilə yalandır”.
Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da futbol stadionunda keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi TASS-a bildirib ki, neytral idmançılar kimi yarışacaq rusiyalı idmançılar açılış mərasimində iştirak edə bilməyəcəklər, lakin tamaşaçı kimi iştirak edə bilərlər.
