Qərb elitasını bürüyən Rusiya əleyhinə isteriya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq səylərinə mane olur. Bunu “Digər Ukrayna” hərəkatının lideri və qadağan olunmuş Müxalifət Platforması – Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.
Medvedçuk “Smotrim.ru” media platformasında dərc olunmuş məqaləsində qeyd edib ki, hazırkı Qərb ritorikası nəinki qarşıdurmanı gücləndirir, həm də tərəflər arasında həqiqi danışıqlara mane olur. O bildirib ki, “bu cür kütləvi dəlilik və Rusiya əleyhinə isteriya fonunda sülhə nail olmaq mümkün deyil”. (Tass)
