Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini dosent Məhfuzə Zeynalova və Xüsusi fondun müdiri dosent Afət Rüstəmbəyova Özbəkistanın Səmərqənd şəhərində “Özbəkistanın mədəni irsi – yeni intibahın təməli” adlı VII beynəlxalq konqresdə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bir çox ölkələrin və TÜRKSOY beynəlxalq mədəniyyət təşkilatının elm və mədəniyyət nümayəndələrinin qatıldığı tədbirdə dosent M.Zeynalovanın “Milli Azərbaycan Tarixi Muzeyinin özbək kolleksiyası” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində muzeyin Azərbaycan-Özbəkistan tarixi-mədəni əlaqələrini əks etdirən eksponatları və onların əhəmiyyəti haqqında geniş məlumat verib.