Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, parlament seçkilərindən əvvəl Ermənistan hakimiyyətinin gündəliyində Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsi var.
“Mənim gündəliyim var. Gəlin qavrayışlardan danışmayaq. Gündəlikdə [sülh sazişi layihəsi ilə bağlı] müzakirələr ötən ilin mart ayında başa çatdığı üçün ötən ilin dekabr, yanvar, oktyabr və aprel aylarında imzalanması nəzərdə tutulmuşdu. Ona görə də biz işimizi davam etdirəcəyik”, – deyə Paşinyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib. O, sazişin 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl imzalanacağına inanıb-inanmadığı ilə bağlı suala cavab verib. (Tass)
